“Qarabağ”ın tarixi zəfərinin ƏSL SƏBƏBİ – “Ulduzları yığmaqla iş bitmir...”

“Qarabağ”ın tarixi zəfərinin ƏSL SƏBƏBİ – “Ulduzları yığmaqla iş bitmir...”

Hazırda oxunan: “Qarabağ”ın tarixi zəfərinin ƏSL SƏBƏBİ – “Ulduzları yığmaqla iş bitmir...”

179552

Xəbər verdiyimiz kimi, Azərbaycan çempionu “Qarabağ” Avropa Liqasının pley-off mərhələsinin cavab matçında “Braqa”nı məğlub edib. Tarixi şansdan yararlanan ağdamlılar avrokuboklarda 16 güclüsü sırasına düşən ilk Azərbaycan klubu olub.

“Qarabağ”ın oyun günündə qardaş ölkə Türkiyənin köklü klubu “Qalatasaray” Çexiyanın “Sparta Praga” səddini keçə bilməyib 4:1. (İlk oyun - 2:3).

Maraqlıdır ki, “Qarabağ” və “Qalatasaray” komandalarının hər ikisinin heyətində qırmızı kart alan oyunçular oldu. Rəqiblər aşağı-yuxarı eyni gücdə idi. Ulduzlarla dolu heyəti olan “Qalatasaray” uduzdu, disiplin və bəlli taktikası olan Qarabağ öz oyunu ilə qələbə qazandı. 

Bəs maraqlıdır, buradan o nəticəyə gələ bilərikmi ki, “idmanda pul hər şey deyil?”
 

MÖVZU İLƏ BAĞLI:

“Qarabağ”ın 1/8 final mərhələsindəki rəqibi BƏLLİ OLDU


“Qarabağ” klubunun sabiq prezidenti, millət vəkili Aqil Abbas Bizim.Media-ya açıqlamasında mövzuya belə yanaşıb: 

“Qarabağ” həmişə sona qədər döyüşür. Qurban Qurbanovun qurduğu sistemdən çox şey asılıdır. Allah ona can sağlığı versin. Əsas göstərilən oyundur, nüfuz yox”. 

Telejurnalist, idman eksperti Ceyhun Rzayev isə qeyd edib ki, “idmanda pul hər şey deyil” deyiminə ən uyğun nümunələr Türkiyənin klublarıdır: 

“Qalatasaray”, “Beşiktaş” və s. komandalar yaşlı ulduzları transfer edirlər, nəticə çıxara bilmirlər. 100-200 milyonluq büdcə ilə heç nəyə nail olmurlar. Futbolda sistem çox önəmlidir. Qurban Qurbanov artıq 17 ildir ki, “Qarabağ”da sistem müəyyənləşdirib.

Baş məşqçinin nüfuzundan da çox nüans asılıdır. Komandanın intizamlı oyunu çox vaxt oyunun taleyini həll edir. Məsələn, “Qalatasaray”da bahalı oyunçular var, amma oyunçuların fərdi keyfiyyətlərinin hesabına oynayırlar.  
Vaxtilə Fransanın “Paris Sen-Jermen” klubu da Messi, Neymar, Mbappe kimi ulduzları almışdı. Ulduz futbolçuları almaq məsələni həll etmir. Əsas məsələ komanda oyunudur. “Qarabağ” sözün əsl mənasında komanda oyununu göstərir”. 

Məhərrəm Əliyev, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO