“Xırdalan” ardıcıl 5-ci qələbəsini qazandı

“Xırdalan” ardıcıl 5-ci qələbəsini qazandı

Hazırda oxunan: “Xırdalan” ardıcıl 5-ci qələbəsini qazandı

177699

Bu gün Azərbaycan Basketbol Liqasında XIV tura yekun vurulub.

Bizim.Media xəbər verir ki, turun son oyunu Xaçmazda baş tutub. "Xırdalan" uğurlu seriyanı səfər matçında da davam etdirib. Komanda səfərdə NTD-İNDİQO-nu məğlub edib.

Oyuna meydan sahibləri yaxşı başlasalar da, qonaqlar ikinci periodda üstünlüyü ələ keçiriblər. 
Sona yaxın NTD-İNDİQO 9 xallıq fərqi minimuma endirsə də, bundan artığına gücü çatmayıb. 84:80 hesabı ilə qalib gələn "Xırdalan" qələbə seriyasını 5-ə yüksəldib.

XIV tur

11 fevral

14:00. NTD-İNDİQO - "Xırdalan" - 80:84 (20:19, 18:20, 20:24, 22:21)
Xaçmaz Olimpiya İdman Kompleksi.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO