“Xəzri”dən vacib qələbə

“Xəzri”dən vacib qələbə

Hazırda oxunan: “Xəzri”dən vacib qələbə

176556

Azərbaycan Basketbol Liqasında XIII tura yekun vurulub. 

Bizim.Media xəbər verir ki, liderlər qrupunda qərarlaşan komandalar Xaçmazda üz-üzə gəliblər. 

NTD-İNDİQO öz meydanında "Xəzri"yə uduzub. Oyuna meydan sahibləri yaxşı başlasalar da, böyük fasilədən sonra qonaqlar üstünlüyü ələ keçiriblər.

Yekunda paytaxt basketbolçuları 89:85 hesabı ilə qalib gəliblər. Bu nəticədən sonra turnir cədvəlində iki hakimiyyətlilik yaranıb. "Sabah" və "Xəzri" eyni - 24 xal toplayıb. Xaçmazlılar onlardan 1 xal geri qalırlar.

Qeyd edək ki, turun digər qarşılaşmalarında "Xırdalan" "Gəncə"ni (93:87), "Sabah" "Sərhədçi"ni (96:71), "Neftçi" "Sumqayıt"ı (113:96), "Cəlilabad" "Şəki"ni (90:86) məğlub edib.

XIII tur

4 fevral

14:00. NTD-İNDİQO - "Xəzri" - 85:89 (20:17, 19:20, 22:31, 22:31, 24:21)

Xaçmaz Olimpiya İdman Kompleksi

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO