
- A-
- A
- A+
İdman
13:06 / 15.10.2023
1 dəq oxunma
Azərbaycan millisi Avropa kubokunu 5 medalla başa vurdu - FOTO
Hazırda oxunan: Azərbaycan millisi Avropa kubokunu 5 medalla başa vurdu - FOTO
159926
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Monteneqronun Budva şəhərində keçirilən boks üzrə Avropa kubokuna yekun vurulub. Azərbaycan millisi 29 ölkədən 156 idmançının qatıldığı yarışı 1 gümüş və 4 bürünc medalla başa vurub.
Azərbaycan Boks Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, 63,5 kq çəkidə Malik Həsənov finalda Qabil Məmmədovla (Rusiya) üz-üzə gəlib. Zədəli olan təmsilçimiz sonadək mübarizə aparsa da, yekunda rəqib qalib gəlib.
Həsənov Avropa kubokunu gümüş medalla başa vurub.
Ondan öncə Tural Sarıyev (48 kq), Tayfur Əliyev (60 kq), Sərxan Əliyev (71 kq) və Mirşərif Kazımzadə (75 kq) bürünc medala yiyələnib.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.


































































































