PSJ Verrattini Qətər klubuna satdı

PSJ Verrattini Qətər klubuna satdı

Hazırda oxunan: PSJ Verrattini Qətər klubuna satdı

155075

Qətər "Əl Ərəbi"si PSJ-nin yarımmüdafiəçisi Marko Verrattinin transferini rəsmən açıqlayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. O, yeni klubunda 7 nömrəli forma ilə çıxış edəcək. 

Daha əvvəl jurnalist Nikolo Şkira "Əl-Ərəbi"nin 30 yaşlı yarımmüdafiəçinin transferi üçün Fransa klubuna 50 milyon avro ödəyəcəyini yazıb. İtaliyalı  futbolçu ilə 2026-cı ilin yayına qədər müqavilə imzalandığını vurğulayıb. 
Xatırladaq ki, Verratti 2012-ci ildən PSJ-də çıxış edirdi O, ötən mövsüm Paris təmsilçisinin heyətində bütün turnirlərdə 38 oyun keçirib və 1 qol ötürməsi verib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO