Kiyev “Dinamo”sunun keçmiş futbolçusu “Araz Naxçıvan”da

Kiyev “Dinamo”sunun keçmiş futbolçusu “Araz Naxçıvan”da

Hazırda oxunan: Kiyev “Dinamo”sunun keçmiş futbolçusu “Araz Naxçıvan”da

148332

“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.  

Bizim.Media xəbər verir ki, Premyer Liqa təmsilçisi Məhəmməd Kadiri ilə 1 illik müqavilə imzalayıb.  

Bir neçə gündür komandanın düşərgəsində olan qanalı dayaq yarımmüdafiəçisi karyerasına “Aşanti Qold” klubunda başlayıb.

Daha sonra vətənindən Avstriyanın eyniadlı komandasına transfer olunan 27 yaşlı futbolçu Rusiyanın “Arsenal” (Tula) komandasında da çıxış edib. Onu daha çox məşhurlaşdıran isə Kiyev “Dinamo”sundakı oyunları olub.  
O, Ukraynada “Çernomorets”in heyətində də yer alıb. Yarımmüdafiəçi Macarıstanın “Honved” klubunun da formasını geyinib. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO