Boksçumuz dünya çempionatında iranlı rəqibinə QALİB GƏLDİ  

Boksçumuz dünya çempionatında iranlı rəqibinə QALİB GƏLDİ  

Hazırda oxunan: Boksçumuz dünya çempionatında iranlı rəqibinə QALİB GƏLDİ  

134669

Azərbaycan boksçusu Nəbi İsgəndərov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatına qələbə ilə başlayıb. 

Bizim.Media xəbər verir ki, 67 kq çəki dərəcəsində mübarizə aparan yığma üzvü 1/16 final mərhələsində Ali Habibinejadla (İran) döyüşüb. 

Görüş İsgəndərovun qələbəsi ilə yekunlaşıb. Gəncə boks məktəbinin yetirməsi rəqibini 4:1 (27:30, 29:28, 29:29, 30:26, 29:28) hesabı ilə məğlub edib. O, 1/8 finalda rusiyalı Tarxan İdiqovla üz-üzə gələcək. Qarşılaşma mayın 9-da olacaq. 

Qeyd edək ki, 107 ölkədən 538 idmançının qatıldığı dünya çempionatı mayın 14-də başa çatacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO