Futzal millimizin Avropa çempionatı üçün heyəti açıqlandı

Futzal millimizin Avropa çempionatı üçün heyəti açıqlandı

Hazırda oxunan: Futzal millimizin Avropa çempionatı üçün heyəti açıqlandı

126343

Martın 21-dən 26-dək Bosniya və Herseqovinada təşkil olunacaq Avropa çempionatının əsas mərhələsinin qrup oyunlarında iştirak edəcək 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb. 

Bizim.Media xəbər verir ki, ikisi qapıçı olmaqla ümumilikdə 12 futzalçı səfərə aparılacaq.

Komanda martın 20-də Bakı-İstanbul-Sarayevo hava reysi ilə Bosniya və Herseqovinaya gedəcək, Sarayevodan isə matçların təşkil olunacağı Siroki Breyq şəhərinə avtobusla yollanacaq.

U-19-u oyunlara baş məşqçi kimi İlqar Aslanov çıxaracaq. Komandanın heyəti və oyunların təqvimi belədir:

1.  Əli Quliyev – ADBTİA

2.  Sadiq Əlizadə – Baku Fire

3.  Fərid Abbasov – Baku Fire

4.  Kənan Rovşani – Baku Fire

5.  Rüfət Məmmədli – Baku Fire

6.  Kərim Babayev – Zirə

7.  Qudrət Qasımzadə – Baku Fire

8.  Şahbaz Həndəmli – U-19

9.  Əhməd İsmayılov – U-19

10.  Sunay Həsənov – U-19

11.  Elşən Mahmudov – U-19

12.  İlham Alıyev – U-19

Fransa – Azərbaycan

Hakimlər: Peter Nurse (İngiltərə), Martin Koster (Danimarka), Norbert Szilagyi (Macarıstan)

Timekeeper: Vedran Marçinko (Bosniya və Herseqovina)

Hakim-inspektor: Antonio Joze Fernandes Kardoso (Portuqaliya)

UEFA nümayəndəsi: Boris Durlen (Xorvatiya)

22 mart. Şiroki Briyeq şəhəri, Pecara İdman zalı. Saat 20:00

Bosniya və Herseqovina – Azərbaycan

Hakimlər: Martin Koster, Nikola Manzione (İtaliya), Peter Nurse

Timekeeper: Vedran Marçinko (Bosniya və Herseqovina)

Hakim-inspektor: Antonio Joze Fernandes Kardoso (Portuqaliya)

UEFA nümayəndəsi: Boris Durlen (Xorvatiya)

23 mart. Şiroki Briyeq şəhəri, Pecara İdman zalı. Saat 23:00

Azərbaycan – Yunanıstan

Timekeeper: Vedran Marçinko (Bosniya və Herseqovina)

Hakim-inspektor: Antonio Joze Fernandes Kardoso (Portuqaliya)

UEFA nümayəndəsi: Boris Durlen (Xorvatiya)

25 mart. Şiroki Briyeq şəhəri, Pecara İdman zalı. Saat 20:00.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO