Dünyanın ən çox pul qazanan 10 QADIN İDMANÇISI 

Dünyanın ən çox pul qazanan 10 QADIN İDMANÇISI 

Hazırda oxunan: Dünyanın ən çox pul qazanan 10 QADIN İDMANÇISI 
111178
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yaponiyalı tennisçi Naomi Osaka “Forbes” jurnalının versiyasına görə dünyanın ən çox pul qazanan qadın idmançıları siyahısında birinciliyini qoruyub. 

Bizim.Media xəbər verir ki, 2022-ci ildə Osaka 51,1 milyon dollar qazanıb, bunun 50 milyon dolları sponsorluq müqavilələrindən və 1,1 milyon dolları isə pul mükafatından əldə edilib.

Osaka ardıcıl üçüncü dəfə dünyanın ən çox gəlir əldə edən qadın idmançısı seçilib. 

İkinci sırada amerikalı tennisçi Serena Uilyams gəlir. Yola salmaqda olduğumuz ildə bu idmançı təxminən 300 min dollar pul mükafatı və reklamçılarla müqavilələrdən 41 milyon dollar qazanıb. 
Üçüncü yeri illik gəliri 20,1 milyon dollar olan çinli fristaylçı Eylin Qu tutub. Onun 100 min dollar pul mükafatı qazandığı, qalan məbləği isə müqavilələrdən əldə etdiyi bildirilir. 
 
Başa çatmaqda olan ildə çox qazanan idmançıların onluğunda dördüncü yerdə 18,7 milyon dollar qazancla Emma Radukanu (Böyük Britaniya, tennis), beşinci yerdə İqa Sventek (Polşa, tennis - 14,9 milyon dollar), altıncı yerdə Venera Uilyams (ABŞ, tennis-12,1 milyon dollar), yeddinci yerdə Kori Qauff (ABŞ, tennis-11,1 milyon dollar), səkkizinci yerdə Simone Biles (ABŞ, gimnastika - 10 milyon dollar), doqquzuncu yerdə Jessica Pegula (ABŞ, tennis 7,6 milyon dollar) və onuncu yerdə Minji Li (Avstraliya, qolf - 7,3 milyon dollar) qərarlaşıblar. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO