Qadınlar təyyarədə saçyolduya çıxdı...

Qadınlar təyyarədə saçyolduya çıxdı...

Hazırda oxunan: Qadınlar təyyarədə saçyolduya çıxdı...

126267
Amerika Birləşmiş Ştatlarının (ABŞ) “Spirit Airlines”x9d aviaşirkətinə aid sərnişin təyyarəsində qadınlar arasında dava-dalaş baş verib. Xoşagəlməz hadisə Baltimor ”“ Los Angeles reysi ilə hərəkət edən təyyarədə yaşanıb.

Hadisə zamanı sərxoş olduqları bildirilən 5 qadın bir-birləri ilə saçyolduya çıxıblar. Davaya qadınların dinlədikləri musiqinin səsini çox açmalarının səbəb olduğu bildirilir. Qadınlar arasında baş verən saçyoldu davası digər sərnişinlər tərəfindən mobil telefonla çəkilərək sosial şəbəkələrdə paylaşılıb.    

Bir neçə gün əvvəl isə Amerikada sadəcə baxışları təhlükəli hesab edilən iki müsəlman qadın təyyarədən düşürülmüşdü. Boston - Los Anceles reysində "JetBlue" hava yoluna məxsus təyyarədə baş verən hadisəyə səbəb isə stüardessanın müsəlman qadınlarının baxışlarını bəyənməməsi olmuşdu. 

"Daily Telegraph"ın məlumatına görə, "Wired" jurnalının sabiq redaktoru Mark Frauenfelder baş verənlərin şahidi olub. O, qadınların polis müşayiəti ilə təyyarədən endirilməsi görüntülərini "YouTube"da paylaşıb.  

Onun sözlərinə görə, stüardessalardan biri digərinə " müsəlman qadınların ona qarşı yönələn baxışlarından xoşlanmadığını" deyib. 

"JetBlue" rəsmiləri açıqlamalarında qadınlardan birinin stüardessanın təhlükəsizlik barədə təlimatlarını mobil telefonla çəkdiyini deyib. Açıqlamada şirkətin hər il problemsiz bir şəkildə 35 milyon sərnişini daşıdığı qeyd edilib. 

"Uçuş heyətimizin ən önəmli vəzifəsi təhlükəsiz şəkildə uçuşu reallaşdırmaqdır. Onlardan uçuş prosedurlarını və ya təyyarənin fotolarını çəkənlər barədə məlumat vermələri tələb edilir. Əgər bir heyət əməkdaşı hər hansı bir sərnişinin təhlükəsizliklə bağlı nə isə şübhəli hərəkət etdiyinə inanarsa, bunu raport edə bilər. Buna görə bizim əməkdaşlarımız qaydalara uyğun hərəkət edib." ”“ deyə şirkət əməkdaşlarının hərəkətini dəstəkləmişdi.(anspress.com)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO