Sumqayıtda şagirdə stul atan müəllim və məktəbin direktor əvəzi CƏZALANDIRILDI - VİDEO

Sumqayıtda şagirdə stul atan müəllim və məktəbin direktor əvəzi CƏZALANDIRILDI - VİDEO

Hazırda oxunan: Sumqayıtda şagirdə stul atan müəllim və məktəbin direktor əvəzi CƏZALANDIRILDI - VİDEO
225730
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, Sumqayıtda yerləşən təhsil müəssisəsində xoşagəlməz insident baş verib.

Söhbət Sumqayıt şəhər 38 nömrəli orta məktəbdən gedir. İddialara görə 9-cu sinif şagirdi dərsdə güldüyü üçün müəllim onu stulla vurub. Həmçinin zərərçəkənin saçının yolunduğu və paltarının cırıldığı da səsləndirilən iddialar arasındadır.

Sosial şəbəkələrdə müəllimin şagirdi dərs zamanı və sinif yoldaşları yanında stulla vurmasına dair videogörüntü də yayılıb.

Məsələ ilə bağlı Abşeron-Xızı regional təhsil idarəsindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, yayılan görüntülərə əsasən, Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb:
 

MÖVZU İLƏ BAĞLI:

Sumqayıtda müəllimin şagirdə stul atmasına direktordan REAKSİYA – “Ani olub...” – VİDEO


“Bildiririk ki, "Təhsilverənlərin etik davranış qaydaları"nı pozduğuna görə müəllim barəsində intizam tənbehi tədbiri  görülüb. Eyni zamanda məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən şəxsdən həvalə geri götürülüb.

İdarə tərəfindən təhsil müəssisəsində sağlam psixoloji mühitin təmin ediıməsi məqsədilə valideynlər və müəllimlə maarifləndirici söhbət aparılıb.

Qeyd edirik ki, ümumi təhsil müəssisələrində təlim-tədris prosesi ilə yanaşı, şagirdlərin təhlükəsizliyi və daxili nizam-intizam qaydalarına əməl edilməsinə nəzarət əsas amil kimi daim diqqət mərkəzində saxlanılır, bu istiqamətdə zəruri maarifləndirmə işləri görülür”.


Rəna Cumaqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO