"Federativ dövlət deyilik ki, erməni muxtariyyət istəsin, talışla ləzgi də qoşulsun ona"

Hazırda oxunan: "Federativ dövlət deyilik ki, erməni muxtariyyət istəsin, talışla ləzgi də qoşulsun ona"

125727
“İstər Fəxrəddin Aboszada, istərsə də İsmayıl Şabanov talış xalqının təəssübünü çəkmirlər. Bunlar Rusiyanın maraqlarını ifadə edirlər və bu çoxdan bəlli olan bir missiyadır”x9d.

Bunu Moderator.az-a açıqlamasında tanınmış jurnalist Aydın Canıyev talış separatçılarının liderlərinin İrəvanda "Azərbaycanın köklü xalqları" elmi konfransına internet vasitəsilə qoşulub dövlətimizin əleyhinə çıxışlar etməsinə münasibət bildirərkən deyib.xa0

A.Canıyev xa0separatçı liderlərin əməllərini pisləyib: “Fəxrəddin Aboszada və İsmayıl Şabanov Rusiya xüsusi kəşfiyyat idarəsinə xidmət edən adamlarıdır və talış xalqının heç bir mənafeinə xidmət etmirlər. O ki qaldı onların İraqda, Ermənistanda və ya hər hansı bir ölkədə talış xalqı adından danışması, hansısa tarixi faktlara istinad etməsi, bu spekulyasiyadan başqa bir şey deyil. Mən onların Rusiya kəşfiyyatına işlədiklərini qəbul etmişəm və bu mövzulara qarışmamağa çalışıram. Çünki mənə bəllidir ki, bunlar Rusiyanın maraqlarından çıxış edirlər, hansısa talış xalqının yox.xa0

Jurnalist daha sonar Talışıstan iddialarına da aydınlıq gətirib: xa0 “Azərbaycan unitar dövlətdir, federativ dövlət deyil ki, ermənilər muxtariyyət istəsin və bunun davasın aparsın. Talış da qoşulsun ona, sonra ləzgi də qoşulsun. Azərbaycanın Konstitusiyası var və bu tip əməllər bölücülük qrafasına düşür və separatçı kimi qeydə alınır. Ona görə də bununla bağlı atılan hər hansı bir addım separatçılıqdır və mən bu tip məsələlərin əleyhinəyəm. Zarafata salıb öz uşaqlarımıza deyirəm ki, talış qalmayın, bir az böyüyün. Talış olmağı sübut etmək lazım deyil, böyük olmağı sübut etmək lazımdır. Əslində bunlar “biz talışıq”x9d deyə mübarizə aparmaqla özlərini kiçildirlər və xəyanətkar xa0üzlərini ortaya çıxarırlar”x9d.xa0

A.Canıyev sonda Moskvadan yayımlanan “Talışıstan Milli Televiziyası”x9dna da münasibət bildirib: “Mən bir dəfə həmin talış televiziyasına baxmışam və nifrət eləmişəm ki, tarixlə bu qədər alver etmək olmaz. 20 il əvvəl həyatda olmuş adamın doğulduğu tarixi dəqiqləşdirə bilmirlər, eramızdan beş əsr əvvələ aid hansısa faktı gətirib talışa calağ edirlər. Mən bu tip işlərin əleyhinəyəm”x9d.xa0

Qeyd edək ki, xa07 mart tarixində Moskvadan yayımlanan “Talışıstan Milli Televiziyası”x9d 18-ci buraxılışını təqdim edib. Talış separatçılarının liderləri Fəxrəddin Aboszada və İsmayıl Şabanov 27 fevral 2016-cı il tarixində İrəvanda "Azərbaycanın köklü xalqları" elmi konfransına internet vasitəsilə qoşulub dövlətimizin əleyhinə çıxışlar edib, ermənilərin regionda talışların əsas tərəfdaşı olduğunu, Rusiyanın, İranın da talışların mövqeyini müdafiə etdiklərini səsləndiriblər. Rusiya prezidentinin müşaviri vəzifəsində çalışan İsmayıl Şabanov müstəqil Talışıstan yaranmasının vacibliyindən danışıb.xa0

Rumiyyə
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO