Rihanna uşaqları ilə fotolarını paylaşdı

Rihanna uşaqları ilə fotolarını paylaşdı

Hazırda oxunan: Rihanna uşaqları ilə fotolarını paylaşdı
630790
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rihanna sosial şəbəkədə yeni paylaşımı ilə pərəstişkarlarını duyğulandırıb.

Bizim.Media xəbər verir ki, 38 yaşlı pop ulduzu dörd yaşlı oğlu Riza, üç yaşlı Rayot və bir yaşlı qızı Rokinin də yer aldığı nadir fotolarını paylaşıb.

Müğənni ailəsi ilə birlikdə doğma Barbadosa gedib. Ulduz paytaxt Brictaunda özünün əvvəllər yaşadığı küçəyə baş çəkib.

2017-ci ilin dekabrında həmin küçənin adı rəsmi olaraq müğənninin şərəfinə dəyişdirilib və hazırda Rihanna Drive adlanır. Küçənin əvvəlki adı isə Westbury New Road olub.

Rihanna paylaşımında bu səfərin onun üçün yaratdığı duyğulardan da danışıb.
 

“Bir dəqiqə əvvəl özümü Uestberidəki həmin uşaq kimi hiss edirəm, digər dəqiqədə isə öz uşaqlarımı ‘Rihanna Drive’a gətirirəm. Həyatın necə möhtəşəm işlədiyinə baxın! Şöhrət həmişə və əbədi olaraq Uca Yaradanındır!!!” – deyə sənətçi yazıb.


Səmimi paylaşım dünyanın hər yerindən milyonlarla pərəstişkarın diqqətini çəkib və qısa zamanda milyonlarla bəyənmə toplayıb.

Rihanna uşaqları ilə fotolarını paylaşdı - foto 1
Rihanna uşaqları ilə fotolarını paylaşdı - foto 2
Rihanna uşaqları ilə fotolarını paylaşdı - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO