BDU-nun Jurnalistika fakültəsinə qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ

BDU-nun Jurnalistika fakültəsinə qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ

Hazırda oxunan: BDU-nun Jurnalistika fakültəsinə qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ

630777

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsi ölkədə peşəkar jurnalistlər hazırlayan əsas bazadır.

BDU-dan Bizim.Media-ya bildirilib ki, universiteti jurnalistika ixtisası üzrə bitirən məzunlar müxtəlif media qurumları, müəssisə və təşkilatların mətbuat xidmətləri, ictimaiyyətlə əlaqələr şöbələri, informasiya agentlikləri və reklam sahələrində çalışa bilərlər.
 

Jurnalistika fakültəsində 4 kafedra (Yeni media və kommunikasiya nəzəriyyəsi, Milli mətbuat tarixi, Multimedia ve elektron kommunikasiya və Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedraları), bir elmi-tədqiqat laboratoriyası, həmçinin Tədris teleradio studiyası, “Füyuzat” Media Mərkəzi, “ARB 24” televiziyasının “NewsLab” otağı, Azərbaycan Mətbuat Şurasının otağı, Medianın İnkişafı Agentliyinin və AZƏRTAC-ın BDU-da xüsusi auditoriyaları, “Xalq qəzeti”nin “Debat otağı” və “Milli mətbuat tarixi” auditoriyası fəaliyyət göstərir.


Fakültədə tədris Azərbaycan, rus və ingilis dillərində aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO