Cəlilabad rayonunda üç nəqliyyat vasitəsinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə Yeni Ələt–Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, VAZ-2106, VAZ-2107 markalı avtomobillər və mikroavtobus toqquşub.
Qəza nəticəsində üç nəfər — iki qadın və bir kişi müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar təcili tibbi yardım briqadası tərəfindən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Xəstəxanada onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu qoyulub. Hazırda tibbi yardım göstərilən yaralıların vəziyyətlərinin stabil olduğu bildirilir.
Sabutay, Bizim.Media, Cənub bürosu































































































