“Los-Anceles Leykers” rekord məbləğə – 12,5 milyard dollara satılır

“Los-Anceles Leykers” rekord məbləğə – 12,5 milyard dollara satılır

Hazırda oxunan: “Los-Anceles Leykers” rekord məbləğə – 12,5 milyard dollara satılır

630811

ABŞ-ın keçmiş “Disney” baş direktoru Bob Ayger və vençur investoru Coş Kuşner NBA-nın “Los-Anceles Leykers” basketbol klubunu rekord məbləğə – 12,5 milyard dollara almağa razılaşıblar.

Bizim.Media xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Qeyd edək ki, Kuşner ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin qardaşıdır.

Tərəflər ESPN-in daha əvvəl məlumat verdiyi sövdələşməni təsdiqləyiblər. Lakin satışın tamamlanması üçün NBA-nın idarəçilər şurasının təsdiqi tələb olunur.
 

Klubun satılması gözlənilməz olub. Belə ki, bir ildən də az əvvəl milyarder Mark Uolter “Leykers”in nəzarət səhm paketini klubun dəyərini 10 milyard dollar qiymətləndirən sövdələşmə çərçivəsində əldə etmişdi.


Ekspertlərin sözlərinə görə, franşizanın bu qədər qısa müddət ərzində yenidən satılması ABŞ peşəkar idmanı tarixində presedentsiz hadisədir.

“Leykers” NBA-nın ən titullu komandalarından biridir. Klubun hesabında 17 çempionluq var. Komanda sonuncu dəfə 2019/20 mövsümündə NBA çempionu olub.

Sövdələşmə Uolterin biznesinin üzləşdiyi hüquqi problemlər fonunda baş verir. İyulun sonunda The Wall Street Journal Uolterə məxsus “Guggenheim Investments” şirkəti ilə bağlı məlumat verən şəxsin şikayətinin federal araşdırmaya səbəb olduğunu yazıb.

Şirkətin nümayəndəsi isə qurumun hakimiyyət orqanları ilə əməkdaşlıq etdiyini və məsələnin müsbət həll olunacağına ümid etdiyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO