İrəvandan RƏSMİ ETİRAF: Mövcud Konstitusiya ilə Ermənistanı hər zaman münaqişəyə cəlb etmək mümkündür

İrəvandan RƏSMİ ETİRAF: Mövcud Konstitusiya ilə Ermənistanı hər zaman münaqişəyə cəlb etmək mümkündür

Hazırda oxunan: İrəvandan RƏSMİ ETİRAF: Mövcud Konstitusiya ilə Ermənistanı hər zaman münaqişəyə cəlb etmək mümkündür

630768

Ermənistanın hakim “Mülki müqavilə” partiyasının deputatı Taron Çaxoyan ölkənin mövcud Konstitusiyasının Ermənistanı münaqişəyə cəlb etməyə imkan verdiyini bildirib.

Bizim.Media xəbər verir ki, o, avqustun 12-də Milli Assambleyanın iclasında parlamentin Dövlət-hüquq məsələləri üzrə daimi komissiyasının sədrinin seçilməsi məsələsinin müzakirəsi zamanı bu barədə danışıb.

Deputatın fikrincə, hazırkı Konstitusiya Ermənistanın münaqişəyə cəlb olunmasına və ölkənin dövlətçiliyinin təhlükə altına düşməsinə imkan yaradır.

O xatırladıb ki, Ermənistanın Baş naziri Nikol Paşinyan yeni Konstitusiya haqqında hələ 2020-ci ilin iyulunda, yəni 44 günlük müharibədən əvvəl danışıb.
 

“Konstitusiya dəyişikliklərinə qarşı müxalifətin mübarizəsi birbaşa geosiyasi mərkəzdən verilən göstərişdir və hazırkı Konstitusiya həmin mərkəzin maraqlarına cavab verir”, – deyə Çaxoyan bildirib.


Deputat sözügedən geosiyasi mərkəzin konkret olaraq hansının olduğunu açıqlamayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO