Taker Karlson ABŞ prezidentliyinə namizəd olmayacağını açıqladı

Taker Karlson ABŞ prezidentliyinə namizəd olmayacağını açıqladı

Hazırda oxunan: Taker Karlson ABŞ prezidentliyinə namizəd olmayacağını açıqladı

630829

Amerikalı jurnalist Taker Karlson ABŞ prezidentliyinə namizədliyini irəli sürməyi planlaşdırmadığını açıqlayıb.

Bizim.Media xəbər verir ki, Karlson bu barədə RT telekanalına müsahibəsində danışıb.

“Prezidentliyə namizəd olmağı planlaşdırmıram, bu dəqiqdir”, – deyə o bildirib.

Qeyd edək ki, iyun ayında amerikalı jurnalist Kendeys Ouens RT-nin aparıcısı Rik Sançeslə söhbəti zamanı həmkarı, siyasi şərhçi Taker Karlsonun ABŞ prezidentliyinə namizədliyini məmnuniyyətlə dəstəkləyəcəyini bildirmişdi.
 

Əvvəlki seçki kampaniyası zamanı siyasi fəaliyyət komitələrindən biri (PAC) Karlsonun prezidentliyə namizədliyini dəstəkləyib və bununla bağlı reklam kampaniyasına başlayıb. Kampaniyada Karlsonun debatlarda ABŞ lideri Co Baydenə qalib gələcəyi iddia olunurdu.


Karlson 2016-2023-cü illərdə məşhur Fox News telekanalında çalışıb. Daha sonra müsahibələr yayımladığı öz yayım platformasını yaradıb. Jurnalistin ən çox diqqət çəkən müsahibələrindən biri 2024-cü il fevralın 6-da Rusiya Prezidenti Vladimir Putinlə söhbəti olub. Bu, 2022-ci ilin fevralından sonra Putinin Qərb jurnalistinə verdiyi ilk müsahibə idi.

ABŞ-da növbəti prezident seçkiləri 2028-ci ildə keçiriləcək. Seçkidən əvvəl isə siyasi partiyaların qurultaylarında namizədlər müəyyənləşdirilməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO