Zelenski Paşinyanla telefon danışığı HAQDA: Razılığa gəldik

Zelenski Paşinyanla telefon danışığı HAQDA: Razılığa gəldik

Hazırda oxunan: Zelenski Paşinyanla telefon danışığı HAQDA: Razılığa gəldik

630807

Ukrayna Prezidenti Volodimir Zelenski Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı apardığını açıqlayıb.

Bizim.Media xəbər verir ki, Zelenski Kiyev və İrəvan arasında münasibətlərin daha da möhkəmləndiyini bildirib.

“Hazırda Ukrayna ilə Ermənistan arasında münasibətlər daha da konstruktiv xarakter alır və aramızda daimi dialoqun olması vacibdir”, – Zelenski Telegram kanalında yazıb.

Onun sözlərinə görə, telefon danışığı zamanı tərəflər Zelenskinin Ermənistana son səfərinin nəticələrini, həmçinin gələcək əməkdaşlığın prioritet istiqamətlərini müzakirə ediblər.
 

Ukrayna Prezidenti həmçinin Kiyevdəki Müqəddəs Sofiya Katedralının əsasının qoyulmasının 975 illiyi münasibətilə təbriklərinə görə Paşinyana təşəkkür edib və bu tarixi bütün regionun xristianları üçün mühüm hadisə adlandırıb.


“Əlaqəni bundan sonra da davam etdirmək barədə razılaşdıq”, – Zelenski əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO