Britaniyalı milyarder bank əməkdaşlarını “bir dəstə axmaq” adlandırdı

Britaniyalı milyarder bank əməkdaşlarını “bir dəstə axmaq” adlandırdı

Hazırda oxunan: Britaniyalı milyarder bank əməkdaşlarını “bir dəstə axmaq” adlandırdı

630805

79 yaşlı britaniyalı milyarder və The Apprentice şousunun dəyişməz aparıcısı Alan Şuqar ABŞ bankı American Expressin kredit kartının limitini artırmaqdan imtina etməsindən sonra qalmaqalın mərkəzinə düşüb.

Bizim.Media xəbər verir ki, 1,1 milyard funt sterlinq sərvəti olan biznesmen bank əməkdaşlarını açıq şəkildə “bir dəstə axmaq” adlandırıb.

Hadisə bazar ertəsi baş verib. Şuqarın sözlərinə görə, o, kart üzrə kredit limitini artırmağa çalışarkən dörd fərqli müştəri xidmətləri əməkdaşı ilə danışmaq üçün bir saat vaxt sərf edib.

“Nəhayət, Böyük Britaniyada, Braytonda məni və maliyyə vəziyyətimi tanıyan bir şəxslə danışdım. Lakin onların sistemi səbəbindən müraciətim rədd edildi”, – milyarder sosial şəbəkələrdə yazıb.
 

Əsəbiləşən biznesmen təkcə bankı deyil, onu ikiüzlülükdə və sadə insanların hər gün üzləşdiyi kredit imtinaları fonunda “öz statusunu nümayiş etdirməyə” çalışmaqda ittiham edən izləyicilərini də sərt şəkildə tənqid edib.


İstifadəçilərdən birinin “1,1 milyardınız varsa, ümumiyyətlə kredit kartına niyə ehtiyacınız var?” sualına Şuqar böyük hərflərlə cavab verib:

“Mən gileylənmirəm, sadəcə bu Amex-in necə bir dəstə axmaqdan ibarət olduğunu göstərirəm. Mən pulları kisələrdə daşımıram. Əşyalar almaq üçün kredit kartına ehtiyacım var”.

Bununla belə, biznesmenin ictimai etirazı nəticə verib. Cəmi bir neçə saat sonra britaniyalı milyarder izləyicilərinə bankın qərarını dəyişdiyini və kredit limitini artırdığını bildirib.
 

“Yaxşı xəbər: Amex indicə kredit limitimi artırdı. Beləliklə, kimsə mənim zibil qutularımı eşələyib orada alüminium Amex kartımı axtarmağı düşünürsə, bundan vaz keçsin. Orada yalnız kartof qabıqları tapacaqsınız”, – deyə Şuqar yazıb.


Bu əyləncəli hadisə bir daha milyarderin emosional xarakterini gündəmə gətirib. Şərqi Londonun kasıb rayonlarından birində böyüyən Alan Şuqar sonradan Amstrad şirkətini quraraq milyonlarla funt sterlinqlik biznes imperiyası yaradıb.

O, bu gün də maliyyə məsələlərinə, hətta söhbət adi plastik bank kartından gedəndə belə, şəxsən nəzarət etməyə üstünlük verir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO