Rahat, amma havasız salonlar – Yeni avtobusların problemləri ÜZƏ ÇIXDI

Rahat, amma havasız salonlar – Yeni avtobusların problemləri ÜZƏ ÇIXDI

Hazırda oxunan: Rahat, amma havasız salonlar – Yeni avtobusların problemləri ÜZƏ ÇIXDI

630535

Pəncərələri açılmayan müasir avtobusların sayı çoxaldıqca uzunməsafəli səfərlər edən insanların narahatlığı artır. Kondisioner sisteminin işləməsi sərnişin salonunda temperaturu tənzimləsə də, bu, təmiz havanın daxil olmasını təmin etmir. Xüsusilə avtobus tam dolu olduqda saatlarla davam edən səfər zamanı eyni havanın dövriyyəsi nəticəsində hava ağırlaşır, karbon qazının səviyyəsi yüksəlir.  

Bəs belə şəraitdə saatlarla səyahət etmək insan orqanizminə necə təsir edir?

Həkim-pulmanoloq Aynur Həsənəliyeva məsələ ilə bağlı Bizim.Media-ya bunları dedi:

“Kondisioner sistemi havanı sadəcə dövr etdirir, içəriyə təmiz hava axını uzun müddət daxil olmursa, karbon qazı, üstəlik nəfəs vasitəsilə digər mikro çirkləndiricilər yığıla bilər. İlk növbədə baş ağrısı, halsızlıq və yuxululuq, başgicəllənmə, diqqət və konsentrasiyanın azalması, reaksiya sürətinin zəifləməsi, havasızlıq hissi, göz, burun və boğazda qıcıqlanma yarana bilər. Xüsusilə 5-8 saatlıq avtobus səfərində pəncərələrin açılmaması bütün bunlarla yanaşı panik hücumlar keçirən insanlara da pis təsir edir”.

Sürücülər üçün rahatlıq, sərnişinlər üçün risk

Avtobus sürücüləri isə belə konstruksiyadan razıdırlar (nəzərə alaq ki, şofer kabinəsində pəncərə şüşəsi açılır). Çünki bu cür mexanizmin üstün cəhətləri var:  sərnişinlərin xəbərdarlığa məhəl qoymayıb pəncərələri açıq saxlamadığı üçün  temperaturun daha yaxşı idarə olunur, kondisioner sistemi uzuömürlü olur, həmçinin bayırdan gələn toz və səs-küyün qarşısının alınmasında çox əlverişlidir.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO