Rəşad Məmmədov Tacikistanın Özbəkistandakı səfiri ilə GÖRÜŞDÜ - FOTO

Rəşad Məmmədov Tacikistanın Özbəkistandakı səfiri ilə GÖRÜŞDÜ - FOTO

Hazırda oxunan: Rəşad Məmmədov Tacikistanın Özbəkistandakı səfiri ilə GÖRÜŞDÜ - FOTO

630816

Azərbaycanın Özbəkistandakı səfiri Rəşad Məmmədov və Tacikistanın Özbəkistandakı səfiri Nəsrəddin İsmatullo Daşkənddə keçirdikləri görüşdə ikitərəfli münasibətlərin hazırkı vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə Rəşad Məmmədov “X” sosial şəbəkəsində məlumat yayıb.
 

Görüş zamanı Azərbaycan və Tacikistan arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri, həmçinin Özbəkistanda diplomatik fəaliyyət çərçivəsində qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.


Tərəflər regional əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

Görüşdə iki ölkənin səfirlikləri arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi və təcrübə mübadiləsinin genişləndirilməsinə xüsusi diqqət yetirilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO