Ukrayna Rusiyanın 4 gəmisinə zərbə endirdi

Ukrayna Rusiyanın 4 gəmisinə zərbə endirdi

Hazırda oxunan: Ukrayna Rusiyanın 4 gəmisinə zərbə endirdi
630823
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukrayna Müdafiə Qüvvələrinin bölmələri avqustun 12-nə keçən gecə Rusiyanın Krasnodar vilayətində yerləşən Novorossiysk hərbi-dəniz bazasına zərbə endirib.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı bəyanatda bildirilib.
 

Məlumata görə, zərbələr nəticəsində Rusiyanın 4 hərbi gəmisinə ziyan dəyib. Bunlar 11356 layihəli “Admiral Makarov” və “Admiral Essen” freqatları, 21631 layihəli “Buyan-M” kiçik raket gəmisi və 22160 layihəli “Vasili Bıkov” patrul gəmisidir.


Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) məlumatına görə, “Admiral Essen” və “Admiral Makarov” “Kalibr” raketlərinin daşıyıcılarıdır.

Bundan əlavə, Krasnodar vilayətində bir sıra liman və neft infrastrukturu obyektlərinin də vurulduğu bildirilib.

Xüsusilə S-300 zenit-raket kompleksinin tərkibinə daxil olan 30N6E radiolokasiya stansiyasına, Novorossiysk limanının 2 nömrəli körpüsündə yerləşən mobil atəş qrupuna, “Qruşovaya” neft bazasının “Şesxaris” terminalındakı tunelin girişinə, həmçinin 3, 6 və 7 nömrəli körpülərin infrastrukturuna zərbələr endirildiyi qeyd olunub.
 

SBU bildirib ki, hücum zamanı Ukrayna pilotsuz uçuş aparatları, “Palyanitsa” reaktiv dronları, “Neptun” raketləri və dəniz platformalarından buraxılan zərbə sistemlərindən istifadə edilib.


Ukrayna tərəfinin məlumatına görə, Novorossiysk hərbi-dəniz bazası Rusiyanın Qara Dəniz Donanmasının əsas obyektlərindən biri və onun başlıca dayaq məntəqəsidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO