Almaniyada yeniyetmələrin spirtli içki qəbul etməsinə QADAĞA

Almaniyada yeniyetmələrin spirtli içki qəbul etməsinə QADAĞA

Hazırda oxunan: Almaniyada yeniyetmələrin spirtli içki qəbul etməsinə QADAĞA

630821

Almaniya Federal Hökuməti 16 yaşdan aşağı şəxslərin hətta böyüklərin nəzarəti altında olduqları halda belə spirtli içki qəbul etməsini qadağan edən qanun layihəsini təsdiqləyib.

Bizim.Media xəbər verir ki, bu barədə Spiegel məlumat yayıb.

Yeni qaydalara əsasən, yeniyetmələrin böyüklərin müşayiəti ilə spirtli içki qəbul etməsinə icazə verən istisna ləğv ediləcək. Nazirlər Kabineti ailə məsələləri üzrə nazir Karin Prienin təqdim etdiyi müvafiq təklifi təsdiqləyib.

Növbəti mərhələdə məsələ Almaniya Bundestaqında müzakirə olunacaq.

Hökumətin qanun layihəsində qeyd olunur ki, hazırda 14 və 15 yaşlı yeniyetmələrə valideynlərinin və ya qəyyumlarının müşayiəti ilə müəyyən spirtli içkiləri qəbul etməyə və ya əldə etməyə imkan verən istisna aradan qaldırılacaq.
 

Qanun layihəsinin müəlliflərinin fikrincə, bu istisna gənclərin alkoqolun yaratdığı ciddi sağlamlıq və sosial risklərdən qorunmasını zəiflədir və asılılığın qarşısının alınmasının yaxşılaşdırılması məqsədinə ziddir.


Hazırda Almaniyada pivə, şərab, köpüklü şərab və onların əsasında hazırlanmış qarışıq içkilərin qanuni şəkildə qəbul edilməsi üçün minimum yaş həddi 16-dır.

Mövcud qaydalara əsasən, 14 və 15 yaşlı yeniyetmələr valideyn və ya qəyyumlarının müşayiəti ilə bu içkiləri qəbul edə bilirlər.

Güclü spirtli içkilər isə həm hazırda, həm də yeni qaydalar qüvvəyə mindikdən sonra yalnız yetkin şəxslərə satıla və onlar tərəfindən qəbul edilə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO