Qırğızıstanda 5 maqnitudalı zəlzələ oldu

Qırğızıstanda 5 maqnitudalı zəlzələ oldu

Hazırda oxunan: Qırğızıstanda 5 maqnitudalı zəlzələ oldu

630814

Qırğızıstanda 5 maqnitudalı zəlzələ qeydə alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı ölkənin Milli Elmlər Akademiyasının Seysmologiya İnstitutu yayıb.

Yeraltı təkanlar yerli vaxtla saat 13:00-da, Bakı vaxtı ilə saat 11:00-da Narın vilayətində qeydə alınıb.

Zəlzələnin episentri Ak-Tuz kəndindən 15 kilometr cənub-şərqdə, Bişkekdən isə 117 kilometr cənub-şərqdə yerləşib.
 

Seysmoloqların məlumatına görə, zəlzələnin gücü Rixter şkalası üzrə 5 maqnitudaya çatıb.


Dağıntılar və xəsarət alanlar barədə məlumat daxil olmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO