Maks Ferstappen Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

Hazırda oxunan: Maks Ferstappen Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

78906

İyunun 12-da Bakıda Formula 1 Azərbaycan Qran-Prisi “Red Bull Racing” komandasının niderlandlı pilotu Maks Ferstappenin qələbəsi ilə başa çatıb.

Bizim.Media xəbər verir ki, ikinci yeri onun komanda yoldaşı meksikalı S.Peres tutub.

MÖVZU İLƏ BAĞLI:

Formula 1 pilotlarının Bakıda Qran Pri uğrunda mübarizəsi başladı - FOTO/VİDEO


“Mersedes” komandasının britaniyalı sürücüsü Corc Rassel isə yarışı üçüncü sırada tamamlayıb.

Beləliklə, mövsümdə beşinci qələbəsini qazanan M.Ferstappen xal ehtiyatını 150-yə çatdıraraq pilotların reytinq siyahısında mövqeyini daha da yaxınlaşdırıb.

Bakıda ikinci, tarixində isə iyirminci qələbəsini qazanan “Red Bull Racing” komandası 260 xalla builki dünya çempionatında liderliyini gücləndirib.

Qeyd edək ki, “Mersedes” komandasının britaniyalı pilotu Luis Hamilton günün sürücüsü seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO