“Formula 1”ə təhkim olunan tibb işçilərinin SAYI

Hazırda oxunan: “Formula 1”ə təhkim olunan tibb işçilərinin SAYI

78753

TƏBİB-in Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları Bakı şəhərində təşkil olunan 2022 Formula 1 Azərbaycan Qran Prisi yarışlarında Bulvar və İçərişəhər ərazisində yaradılmış 4 səyyar həkim məntəqəsində 15 tibb işçisi 08.00-dan 24.00-a qədər növbəli xidmət göstərir. 

Bizim.Media xəbər verir ki, idman yarışları zamanı yarışları izləyən tamaşaçılar üçün 8, idman yarışlarının keçirildiyi hərəkət zolağı istiqamətində 12, Atletlər kəndində 2 və yarış zonasında məskunlaşan sakinlərin istifadə etdiyi ərazi üzrə isə 2 Təcili Təxirəsalınmaz Tibbi Yardım avtomobili (hər ambulansda 3 həkim və digər tibb işçilərindən ibarət briqada olmaqla ümumilikdə 110 tibb işçisi) təhkim olunub. 

Yarış müddətində (10-12 iyun) Mərkəzi Nefçilər Xəstəxanasında tibbi xidmət Beynəlxalq Avtomobil Federasiyanın tələblərinə və dünya standartlarına uyğun təşkil edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO