"Formula 1" - Azərbaycan Qran-prisinin açılış mərasimi keçirilib

Hazırda oxunan: "Formula 1" - Azərbaycan Qran-prisinin açılış mərasimi keçirilib
638875
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı Şəhər Halqasında sayca 10-cu dəfə keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinin açılış mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, əsas yarışın startından əvvəl Azərbaycanın Dövlət Himni səsləndirilib.

Himni Azərbaycanın Xalq artisti, dünya şöhrətli tenor Yusif Eyvazov ifa edib.

Emosional ifanın son notlarından sonra diqqətlər yenidən ulduz pilotlara yönəlib. Artıq səhnə və mübarizə onlarındır.

Qeyd edək ki, "Formula 1 üzrə yarışın kubokunun dizaynında alov obrazı əks olunub. Bu element Azərbaycanın "Odlar Yurdu" kimi tanınmasını simvolizə edir.

Kubokun yan hissələrində Azərbaycan xalçaçılıq ənənələrindən ilhamlanan naxışlara da yer verilib. Beləliklə, "Formula 1"-in dinamikası Azərbaycanın zəngin milli irsi ilə bir araya gətirilərək kubokun dizaynında öz əksini tapıb.

Qeyd edək ki, "Formula 1"-də əsas yarış saat 15:00-da başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO