Sinqapur Qran-prisinin qalibi açıqlandı - Ferstappenin bu dəfə bəxti gətirmədi

Sinqapur Qran-prisinin qalibi açıqlandı - Ferstappenin bu dəfə bəxti gətirmədi

Hazırda oxunan: Sinqapur Qran-prisinin qalibi açıqlandı - Ferstappenin bu dəfə bəxti gətirmədi

155629

“Formula 1” üzrə dünya çempionatında Sinqapur Qran-prisinin qalibi müəyyənləşib.

Bizim.Media xəbər verir ki, 62 dövrəlik mübarizədə “Ferrari”nin ispaniyalı pilotu Karlos Sayns bütün rəqiblərini qabaqlayıb.

“McLaren”dən Lando Norris ikinci, “Mercedes” sürücüsü Lyuis Hemilton üçüncü yeri tutub.

Son 10 yarışda finişə birinci çatan “Red Bull”un pilotu Maks Ferstappen bu dəfə 5-ci yerlə kifayətlənməli olub. Bununla niderlandlı sürücünün uğurlu seriyasına son qoyulub.

Ferstappen 374 xalla pilotların yarışında ümumi reytinqə başçılıq edir. Onun komanda yoldaşı Serxio Peres 223 xalla ikinci, Lyuis Hemilton isə 180 xalla üçüncü pillədə qərarlaşıb.

Komandaların mübarizəsində “Red Bull” 597 xalla birincidir. “Mercedes” (289) ikinci, “Ferrari” (265) üçüncü sırada yer alıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO