Turab Teymurov: “2023 Formula 1 Azərbaycan Qran Prisinə 90 faizdən çox biletlər satılıb”

Hazırda oxunan: Turab Teymurov: “2023 Formula 1 Azərbaycan Qran Prisinə 90 faizdən çox biletlər satılıb”

131973

“2023-cü il Formula 1 Azərbaycan Qran Prisinə hazırlıqlar tam sürətlə davam edir. Demək olar ki, sayılı günlər qalır. Gələn həftə biz nəhayət ki, qalib ölkənin qalib paytaxtında yarışı keçirəcəyik”.  

Bu fikirləri Bizim.Media-ya açıqlaması zamanı Formula 1 Azərbaycan Qran Prisi 2023 yarışının mətbuat katibi Turab Teymurov deyib.  
 

MÖVZU İLƏ BAĞLI:

Formula 1 Azərbaycan iqtisadiyyatına 500 milyon dollar gəlir gətirib - Əməliyyat Şirkəti


Bu il rekord sayda əcnəbinin Azərbaycana gələcəyinə diqqət çəkən Turab Teymurov yeniliklərin olacağını da qeyd edib. 

“Dünyanın dörd bir tərəfindən gələn qonaqlarımıza öz qonaqpərvərliyimizi ən gözəl şəkildə sərgiləyəcəyik. Bu il rekord sayda əcnəbilər gəlir, Azərbaycana. 90 faizdən çox biletlər satılıb və 100-dən çox ölkədən azərkeşlər təmsil olunacaq. Bu da bizim üçün rekord saydır. Əyləncə proqramlarımız, konsertlərimiz olacaq. Bu il həm də sprint yarışı keçiriləcək. Hansı ki, bu il yalnız 6 ölkəyə bu şans verilib. Mövsümün ilk sprint yarışı da Azərbaycanda keçiriləcək”. 

Bilet qiymətlərinə diqqət çəkən mətbuat katibi qeyd edib ki, ilk satışa çıxarılan biletlərin qiyməti 40 manatdan başlasa da, artıq həmin qiymətə təklif edilən biletlər tükənib.   

“Qiymət strategiyasına gəldikdə, deyə bilərəm ki, biletləri satışa çıxardığımız zaman müxtəlif kompaniyalar edirik. Bura erkən satış, tələbələr üçün kompaniyalar daxildir. Yavaş-yavaş yarışa yaxınlaşdıqca kompaniyaların sayı da azalır.
Bu, bütün dünyada belədir. Qiymət siyasətinə gəldikdə isə bu, danışıqlar əsnasında təyin olunur, həm Formula 1 tərəfindən, həm də bizim tərəfimizdən. Bu il biletlərimiz satışa çıxanda 40 manatdan başlayırdı. Artıq 40 manatlıq biletlər qalmayıb. Lakin qeyd edə bilərəm ki, biletlərin çoxu bitib. Tribunaların bir çoxu tam olaraq satılıb”, - deyə T.Teymurov əlavə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO