Bakıdakı

Bakıdakı "Formula 1" yarışı üçün ən çox bilet alan ölkələr hansılardır?

Hazırda oxunan: Bakıdakı "Formula 1" yarışı üçün ən çox bilet alan ölkələr hansılardır?
116587
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran Prisinə ən çox bilet alınan ölkələrin adları bəlli olub.

Bizim.Media xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Satış və Kommersiya departamentinin rəhbəri Səbri Gülmalıyev açıqlamasında bildirib.

O, ilkin mərhələdə yarışa xaricdən daha çox marağın olduğunu söyləyib:

"Bu günə olan məlumata əsasən, ən çox bilet alınan ölkələr arasında ilk üçlükdə müvafiq ardıcıllıqla Niderland, Böyük Britaniya və Gürcüstan yer alır. İndiyədək azarkeşlər tərəfindən ən böyük maraq 4 günlük tribuna biletlərinə göstərilib. Düşünürük ki, Bakıda ilk dəfə keçiriləcək Sprint yarışı da satışların artmasına öz təsirini göstərib”.

Gülmalıyev yarış üçün Filarmoniya tribunasına olan biletlər tamamilə satıldığını diqqətə çatdırıb.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 28 - 30 apreldə təşkil olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO