F1 Azərbaycan Qran-Prisi üçün bilet satışlarında REKORD

F1 Azərbaycan Qran-Prisi üçün bilet satışlarında REKORD

Hazırda oxunan: F1 Azərbaycan Qran-Prisi üçün bilet satışlarında REKORD

114235

2023-cü il Formula 1 Azərbaycan Qran-Prisi üçün bilet satışları davam edir. Bilet satışının göstəriciləri ötən illə müqayisədə iki dəfə artaraq son 6 yarışın rekord həddə yüksəlib.

Bu barədə Bizim.Media-ya Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Qeyd edilib ki, biletlər dekabrın 15-dən satışdadır və bilet satışı yarışa qədər davam edəcək.

Bildirilib ki, bu erkən (early bird) bilet satışıdır və hal-hazırda biletlər 20 faizlik endirimlə təklif olunur. Azarkeşlər bu endirim fürsətindən yalnız 15 yanvar tarixinədək faydalana biləcəklər.

Ənənəvi “early bird” kampaniyası dövründə ayaqüstü biletlər 40 manatdan 120 manatadək, tribuna biletləri 160 manatdan 690 manatadək, azyaşlılar üçün 110 manatdan 480 manatadək dəyişir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO