Bakıdakı

Bakıdakı "Formula 1" yarışı üçün marşal qeydiyyatı başladı

Hazırda oxunan: Bakıdakı "Formula 1" yarışı üçün marşal qeydiyyatı başladı

103766

2023-cü ildə Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran Prisi üçün Marşal Qeydiyyatı Proqramına start verilib.

Bizim.Media Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə istinadən xəbər verir ki, yaşı 21-dən çox olan hər kəs Marşal Proqramına qoşula bilər.

Yarışda marşal fəaliyyətini uğurla başa çatdırmış hər bir şəxsə Azərbaycan Avtomobil Federasiyası və Beynəlxalq Avtomobil Federasiyası (FIA) tərəfindən beynəlxalq lisenziya təqdim olunacaq.

Beynəlxalq lisenziya marşallara yalnız Azərbaycanda deyil, həmçinin, digər Qran Prilərə də qatılmaq hüququ verəcək.

Marşal Proqramı haqqında ətraflı məlumatı Bakı Marşal Klubunun rəsmi rəsmi "Facebook" səhifəsindən əldə etmək mümkündür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO