COP29-da iqlim dəyişikliyi və buzlaqların qorunması üzrə birgə Bəyannamə İMZALANDI

COP29-da iqlim dəyişikliyi və buzlaqların qorunması üzrə birgə Bəyannamə İMZALANDI

Hazırda oxunan: COP29-da iqlim dəyişikliyi və buzlaqların qorunması üzrə birgə Bəyannamə İMZALANDI
220710
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransı (COP29) çərçivəsində “İqlim Dəyişikliyi, Buzlaqlar və Transsərhəd Əməkdaşlıq üzrə Tərəfdaşlıq” mövzusunda birgə Bəyannamə imzalanıb.

Bizim.Media xəbər verir ki, imzalanma mərasimində Azərbaycan, Qırğızıstan, Qazaxıstan və Özbəkistanın ətraf mühit nazirləri, həmçinin Asiya İnkişaf Bankı (AİB) və Yaşıl İqlim Fondunun nümayəndələri iştirak ediblər.

Tədbirdə Yaşıl İqlim Fondu və AİB tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulan “Buzlaqlardan Təsərrüfatlara” (G2F) proqramının icrasına başlanılması müzakirə olunub. Proqramın məqsədi buzlaqların əriməsinin təsirlərini azaltmaq, su və ərzaq təhlükəsizliyini təmin etmək üçün iqlim dayanıqlığına yönəlmiş tədbirləri dəstəkləməkdir.

Azərbaycanın su çatışmazlığı və iqlim dəyişikliyindən artan təsirləri nəzərə alınaraq, G2F proqramı ölkənin milli maraqlarına uyğun olaraq xüsusi əhəmiyyət kəsb edir. İmzalanmış Bəyannamə məlumat və təcrübə mübadiləsini, erkən xəbərdarlıq sistemlərinin inkişafını və iqlimə uyğun həllərin tətbiqini təşviq edir. Bu Bəyannamə, Mərkəzi və Qərbi Asiya regionunda buzlaqların qorunması və iqlim dəyişikliyinə qarşı tədbirlərin gücləndirilməsi istiqamətində mühüm addım olaraq dəyərləndirilir.

COP29-da iqlim dəyişikliyi və buzlaqların qorunması üzrə birgə Bəyannamə İMZALANDI - foto 1
COP29-da iqlim dəyişikliyi və buzlaqların qorunması üzrə birgə Bəyannamə İMZALANDI - foto 2


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO