\

\"Bayram günlərində zəhərlənən 180 nəfərdən 4-nün vəziyyəti ağırdır\" - RƏSMİ

Hazırda oxunan: \"Bayram günlərində zəhərlənən 180 nəfərdən 4-nün vəziyyəti ağırdır\" - RƏSMİ
113284
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bayram günlərində (31 dekabr 2022-ci ildən 5 yanvar 2023-cü ilədək) TƏBİB-in tabeliyində fəaliyyət göstərən Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə şübhəsi ilə bağlı 180 müraciət daxil olub. 

Bu barədə Bizim.Media-ya TƏBİB-dən məlumat verilib. 

Bildirilib ki, müraciət edənlərdən 21 nəfərin (15-i qadın, 6-si kişi olmaqla) vəziyyəti ağır olduğu üçün Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib, 159 nəfərə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. 
Xəstəxanaya yerləşdirilən 21 nəfərdən 7-si dərmandan, 3-ü sirkə turşusundan, 4-ü etanol spirtindən, 4-ü dəm qazından, o cümlədən 2-si allergiyadan, 1-i isə botulizmdən səbəbilə zəhərlənib. 

Tibb müəssisəsinə yerləşdirilən şəxslərdən 1-i ambulator müalicə üçün evə buraxılıb, hazırda 20 nəfərin (4-nün vəziyyəti ağır qiymətləndirilir) müalicəsinə davam edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO