Luqansklı separatçı Putini tənqid etdi - Məqaləsi silindi

Luqansklı separatçı Putini tənqid etdi - Məqaləsi silindi

Hazırda oxunan: Luqansklı separatçı Putini tənqid etdi - Məqaləsi silindi
90783
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Roskomnadzor 2014-cü ildən “LXR”nin Xalq Milisi”ndə xidmət edən, dronlara və rabitə sistemlərinə qulluq edən moskvalı bloger Andrey Morozovun (“LiveJournal”da dərc olunub) məqaləsini silib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “The Insider” nəşri yayıb.

Morozov "Xüsusi hərbi əməliyyatın yarım ili" adlı məqalə yazıb, ümumi səfərbərliyin zəruriliyindən danışıb, Rusiya rəhbərliyini (Putin nəzərdə tutulur) tənqid edib. Ancaq "xüsusi əməliyyatın" ləngidiyini söyləyən Sergey Şoyqunun adını çəkməyib. 

Luqansk separatçısının fikrincə, Rusiya "yaz aylarında böyük mühasirə əməliyyatları keçirən zaman bütün qüvvələrini itirib". 

O, qeyd edir ki, ən təcrübəli zabitlər Mariupolun tutulması zamanı həlak olublar. Bloger, həmçinin Rusiya komandanlığının yeni bölmələrinin “sıfırdan” formalaşmasını tənqid edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO