İlon Mask insanlara çip yerləşdirilməsi ilə bağlı layihəni təqdim edəcək

Hazırda oxunan: İlon Mask insanlara çip yerləşdirilməsi ilə bağlı layihəni təqdim edəcək

90019

İlon Mask implantasiya edilə bilən beyin-kompüter interfeyslərinin yaradılması üzərində işləyən Neuralink startapının növbəti təqdimatını elan edib.

Bizim.Media xəbər verir ki, bu barədə ScreenRant məlumat yayıb.

Biznesmenin sözlərinə görə, bu, dünyanın bir sıra ölkələrində Hellouin bayramının qeyd olunacağı tarixə, yəni oktyabrın 31-nə təsadüf edəcək.

Mask qarşıdan gələn tədbirlə bağlı heç bir təfərrüat paylaşmayıb. Lakin şirkətin beyin çipləri sahəsindəki nailiyyətlərini nəzərə alsaq, tədqiqatçılar yeni uğurlarını ictimaiyyətə təqdim etmək fikrindədirlər. Məsələn, 2020-ci ildə Mask Neuralink çipini nümayiş etdirib.
O bildirib ki, bu cihazlardan biri Gertrude adlı donuza vurulub. Gertrude asqıranda və ya yemək yeyəndə kompüter ekranında yayımlanan güclü beyin siqnallarını qeyd edib.

2021-ci ildə çip Makaka meynununa kompüter oyununu zehni olaraq idarə etməyə kömək edib. Daha sonra iş adamı bu texnologiyaların iflic olan xəstələrə kömək etmək üçün istifadə oluna biləcəyini açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO