Hindistandakı kolleclərdən birində işıqlandırma dirəyinin aşması nəticəsində 1 nəfər həlak olub, 25 nəfər xəsarət alıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Hadisə Telangana ştatında keçirilən ənənəvi "Dandiya" rəqs tədbiri zamanı baş verib. Rəqs meydançasının üzərində quraşdırılmış ağır metal işıqlandırma konstruksiyası qəfildən aşdığı üçün ərazidəki tələbələr qaçmağa imkan tapmayıblar.
Məlumata görə, konstruksiyanın aşmasından dərhal sonra ərazidə yanğın başlayıb.
Bizim.Media
































































































