2002-ci ildə Amsterdamda Van Qoq muzeyindən iki tablo oğurlamış keçmiş cinayətkar Oktav Dürem Fransanın Luvr muzeyində təhlükəsizlik sisteminin hələ də zəif olduğunu bəyan edib.
Bizim.Media xəbər verir ki, hazırda tanınmış niderlandlı detektiv Artur Brendlə əməkdaşlıq edərək oğurlanmış sənət əsərlərinin qaytarılmasına kömək edən Dürem, Luvr muzeyinə təhlükəsizlik boşluqlarını aradan qaldırmaq üçün öz təcrübəsini təklif edib.
Özünü "Hollandiyalı Lüpen" adlandıran Dürem Luvru ziyarət etdikdən sonra muzeyin yan pəncərələrində ciddi təhlükəsizlik boşluqları gördüyünü və istəsə oraya yenidən daxil ola biləcəyini bildirib.
Ekspertlərin məlumatına görə, bankların və zərgərlik mağazalarının mühafizəsinin güclənməsindən sonra cinayətkarlar muzeylərə yönəliblər.
Keçən il Luvrda baş verən soyğundan ruhlanan oğru qrupları Avropanın digər muzeylərinə də basqınlar təşkil edirlər.
Müasir muzey oğruları xüsusi alətlərlə vitrinləri sındıraraq 3 dəqiqədən az müddətdə əşyaları aparırlar. Onlar daha çox yenidən emalı asan olan qızıl, almaz və qiymətli metallara üstünlük verirlər.
Ekspertlər xəbərdarlıq edirlər ki, təkcə müşahidə kameraları kifayət etmir; muzeylərin zərbəyədavamlı vitrinlərə, hazırlıqlı heyətə və kompleks mühafizə sistemlərinə ehtiyacı var.
Bizim.Media






























































































