Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə nəticəsində üç nəfər xəsarət alıb.
Belə ki, iki avtomobilin toqquşması nəticəsində ana və iki azyaşlı övladı xəsarət alıb.
Yaralılar 30 yaşlı A.Həsənova, 5 yaşlı U.Məmmədli və 3 yaşlı N.Məmmədlidir. Onlar xəstəxanaya yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır. (Apa.az)
Bizim.Media





























































































