"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək

"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək

Hazırda oxunan: "Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək

642858

"Sabah" və Almaniyanın "Borussiya" (Dortmund) komandası arasında keçiriləcək UEFA Çempionlar Liqasının oyunu üçün təyinatlar açıqlanıb.

Bizim.Media xəbər verir ki, Liqa mərhələsinin III turunun matçı İspaniyadan olan hakimlər briqadasına tapşırılıb.
 

FIFA referisi Xavyer Alberola Roxasa həmyerliləri Alfredo Rodriges Moreno və Karlos Alvares Fernandes köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Victor Qarsiya Verdura yerinə yetirəcək.


VAR-da Sesar Soto Qrado, AVAR-da Valentin Qomes əyləşəcək.

Xatırladaq ki, oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" - "Borussiya" oyunu saat 20:45-də start götürəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO