Uels şahzadəsi Meqan Markl fransalı dizayner Rolan Mure (Roland Mouret) ilə münasibətlərini tamamilə kəsib və onun geyimlərini bir daha geyinməyəcəyinə and içib. Buna dizaynerin köməkçisinin Markla təqdim olunan paltarları geri almaq üçün yanlışlıqla Keyt Middltonun komandasına müraciət etməsi səbəb olub.
Bizim.Media xəbər verir ki, Mure bu barədə yeni işıq üzü görən "I Am Roland Mouret: The Butcher's Boy Who Dressed the World" xatirə kitabında məlumat verib.
Murenin əməkdaşı çoxillik vərdişə görə paltarların qaytarılmasını təşkil etmək üçün Kensinqton sarayına — Uels şahzadəsi Keyt Middltonun komandasına müraciət edib. Bu hadisədən qəzəblənən Meqan Markl zəng edərək dizayneri onu rezil etməkdə təqsirləndirib və münasibətləri kəsib.
Rolan Mure və Meqan Markl 2015-ci ildən yaxın dost idilər. Markl Prins Harri ilə olan gizli romanını belə ictimaiyyətə bəyan olunmazdan əvvəl ilk dəfə Mureyə etibar etmişdi.
Sonradan Meqan Marklın onun geyimlərindən birinin ucuz nüsxəsində göründüyünü bildirən dizayner bu seçimin gülünc olduğunu qeyd edib. Şahzadənin nümayəndəsi işıq üzü görən xatirələrə şərh verməkdən imtina edib.
Bizim.Media






























































































