ABŞ-dan Avropaya “Rusiya qazını alın” TƏKLİFİ

ABŞ-dan Avropaya “Rusiya qazını alın” TƏKLİFİ

Hazırda oxunan: ABŞ-dan Avropaya “Rusiya qazını alın” TƏKLİFİ

642826

ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukrayna üzrə sülh sazişinin bir hissəsi kimi Avropaya Rusiya qazının tədarükünün bərpa olunması imkanını nəzərdən keçirir. 

Bizim.Media The New York Times nəşrinə istinadən xəbər verir ki, Vaşinqton bu addımı Moskva üçün müharibəni dayandırmaq istiqamətində iqtisadi stimul kimi qiymətləndirir.

Mənbə qeyd edir ki, Vaşinqton qaz tədarükünün bərpasını və Rusiyaya qarşı bəzi sanksiyaların yumşaldılmasını münaqişənin həlli üçün iqtisadi mexanizm hesab edir.
 

Kiyev və Aİ ölkələri, xüsusilə Almaniya, Rusiyadan energetika asılılığına qayıtmağın Avropanın təhlükəsizliyinə ciddi təhdid yaratdığını bildirərək təklifə qarşı çıxırlar.


Qaz tədarükünün bərpası ilə yanaşı, "Şimal axını - 2" layihəsi və "LUKOIL"un beynəlxalq aktivlərinin satışı kimi məsələlərin də müzakirə mövzusu olduğu bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO