Avropada supermarketlərə haker HÜCUMU: Tonlarla ərzaq məhv oldu

Avropada supermarketlərə haker HÜCUMU: Tonlarla ərzaq məhv oldu

Hazırda oxunan: Avropada supermarketlərə haker HÜCUMU: Tonlarla ərzaq məhv oldu

642784

Fransada yüzlərlə mağazanın soyutma sistemlərinin sındırılması ilə bağlı araşdırma başlanıb.

Bizim.Media xəbər verir ki, “Euronews”un məlumatına görə, naməlum şəxslər avadanlıqların temperatur rejimini məsafədən dəyişiblər. 

Nəticədə külli miqdarda ərzaq məhsulu xarab olub. Mağaza əməkdaşları tonlarla ət, balıq və dondurulmuş yarımfabrikatı satışdan çıxararaq utilizasiya etməli olublar.

Hücum “Carrefour”, “Monoprix”, “Intermarché” və “Cooperative U” kimi iri pərakəndə satış şəbəkələrinin mağazalarını əhatə edib.

İstintaq orqanlarının diqqətini çəkən məqam hücum edənlərin pul tələb etməməsi, fidyə istəməməsi və hadisə ilə bağlı açıq bəyanat yaymamasıdır.
 

Fransanın Milli Kibertəhlükəsizlik Agentliyi müdaxilənin Danimarkanın “Danfoss” şirkətinin sistemləri, eləcə də “Copeland” və “Dixell” markalı avadanlıqlarla əlaqəli olduğunu müəyyən edib. Avropa internet məkanında aparılan yoxlamalar nəticəsində “Danfoss” sistemlərinə aid 4500-dən çox açıq interfeys aşkarlanıb. Ekspertlər onların əhəmiyyətli hissəsinin köhnəlmiş proqram təminatı ilə işlədiyini bildiriblər.


Avadanlıq istehsalçıları köhnə proqram versiyalarında zəifliklərin olduğunu təsdiqləyərək risklərin azaldılması istiqamətində müştərilərlə işlədiklərini açıqlayıblar.

Britaniyanın “Pen Test Partners” şirkətinin mütəxəssisləri hadisənin əsas səbəblərindən birinin şəbəkə təhlükəsizliyinin elementar qaydalarına əməl edilməməsi ola biləcəyini bildiriblər. Onlar hücumun təcrübəsiz hakerlərin xuliqanlıq məqsədli hərəkətləri olması ehtimalını da istisna etməyiblər.

Fransadakı hadisələrlə eyni vaxtda Niderlandda da texniki nasazlıq qeydə alınıb. “Albert Heijn” supermarketlər şəbəkəsini idarə edən “Ahold Delhaize” şirkəti təhlükəsizlik insidentindən sonra rəqəmsal infrastrukturun nəzarətli şəkildə yenidən işə salınmasına başlayıb.

Niderlandın Milli Kibertəhlükəsizlik Mərkəzi isə bu hadisənin Fransadakı hücumlarla birbaşa əlaqəsinin olmadığını bildirib.

Tədqiqat mərkəzləri mümkün kritik infrastruktur nasazlıqlarına hazır olmaq üçün Avropa sakinlərinə evlərində uzun müddət saxlanıla bilən ərzaq ehtiyatlarını artırmağı da tövsiyə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO