Azərbaycanda polis rəisinin müavini vəfat etdi

Azərbaycanda polis rəisinin müavini vəfat etdi

Hazırda oxunan: Azərbaycanda polis rəisinin müavini vəfat etdi

642894

Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini, polis mayoru Fərəc Yusif oğlu Həsrətov vəfat edib.

Bizim.Media xəbər verir ki, Fərəc Həsrətov bir müddət əvvəl xidməti vəzifəsini yerinə yetirərkən bədbəxt hadisə ilə üzləşib.

Daşaltı kəndində oğurluq faktı ilə bağlı əraziyə baxış keçirən zaman onu elektrik cərəyanı vurub və nəticədə ağır xəsarətlər alıb.

Xəstəxanaya çatdırılan polis mayorunun həyatını xilas etmək üçün tibbi müdaxilələr edilib, aldığı xəsarətlər səbəbindən qolları amputasiya olunub. Uzun müddət müalicə alan Fərəc Həsrətov bu gün xəstəxanada dünyasını dəyişib. (Trend.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO