Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək

Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək

Hazırda oxunan: Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək

642882

Fransa Prezidenti Emmanuel Makron oktyabrın 18-də yerli vaxtla saat 20:00-da ölkə vətəndaşlarına müraciət edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Yelisey sarayı yayıb.

Müraciət oktyabrın 17-də kütləvi etirazlar fonunda baş verən iğtişaşlar və qarətlərdən bir gün sonraya təyin olunub.
 

Emmanuel Makron zorakılıq halları və dövlət müəssisələrinə hücumları qətiyyətlə pisləyərək bildirib ki, prefekturaları, meriya binalarını və özəl müəssisələri dağıdan, qarət edən şəxslər mütləq məsuliyyətə cəlb olunacaq və cəzalandırılacaqlar.


Fransa lideri dinc nümayiş hüququnu təmin edən polis və təhlükəsizlik qüvvələrinə tam dəstəyini ifadə edib.

Makron bəyan edib ki, cəmiyyət dövlət təsisatlarını dağıtmağa və dinc etirazçıların öz tələblərini bildirməsinə mane olmağa çalışan "xaos toxumları səpənlərə" qarşı vahid cəbhədə birləşəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO