Serj Sarkisyan və Robert Koçaryanın qol saatları - FOTO

Serj Sarkisyan və Robert Koçaryanın qol saatları - FOTO

Hazırda oxunan: Serj Sarkisyan və Robert Koçaryanın qol saatları - FOTO

642869

"Watch Society Armenia" birliyi Ermənistanın tanınmış siyasətçilərinin və biznes nümayəndələrinin istifadə etdiyi bahalı qol saatlarının brendlərini və qiymətlərini təqdim edib.

Bizim.Media xəbər verir ki, təhlilə əsasən, siyasətçilər saat seçimində həm idman-lüks stilinə, həm də mürəkkəb mexanizmə malik kolleksiya modellərinə üstünlük verirlər.

Xaçatur Sukiasyan ("Rolex Sky-Dweller"): Biznesmen və deputatın qolunda "Rolex"in ən mürəkkəb modellərindən biri olan "Sky-Dweller" yer alıb. İkinci saat qurşağı və illik təqvimlə təchiz olunmuş bu qızıl modelin rəsmi pərakəndə satış qiyməti 53 450 dollar (təxminən 19,3 milyon dram), ikincil bazarda isə 38 000 – 48 500 dollar təşkil edir.


Serj Sarkisyan
("Blancpain Villeret Calendrier Complet"): Keçmiş prezident "Blancpain" markasının əbədi təqvimli və ay fazaları göstəricisi olan klassik modelini seçib. Polad korpuslu bu saatın rəsmi butik qiyməti 44 600 dollar (təxminən 17,4 milyon dram), ikincil bazarda isə 16 000 – 26 500 dollar arasındadır.


Tiqran Arzakantsyan
("Jaeger-LeCoultre Reverso Tribute Calendar"): Keçmiş deputat 2002-ci ildə cəmi 500 nüsxə limiti ilə buraxılmış nadir "Reverso" modelindən istifadə edir. Dönən korpusa malik platin saatın ikincil bazardakı qiyməti 35 000 – 39 800 dollar (təxminən 12,6 – 14,4 milyon dram) civarındadır.


Robert Koçaryan
("Maurice Lacroix Pontos Chronograph"): Eks-prezident prestitjli orta-lüks seqmentinə aid xronoqraf modelinə üstünlük verir. Bu saatın rəsmi qiyməti 3 900 – 4 400 dollar (təxminən 1,4 – 1,5 milyon dram), ikincil bazarda isə 1 600 – 2 300 dollar arasındadır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO