Ukrayna Leninqrad vilayətinə zərbə endirdi: "Ozon"un logistika mərkəzi yandı - VİDEO

Ukrayna Leninqrad vilayətinə zərbə endirdi: "Ozon"un logistika mərkəzi yandı - VİDEO

Hazırda oxunan: Ukrayna Leninqrad vilayətinə zərbə endirdi: "Ozon"un logistika mərkəzi yandı - VİDEO

642839

Rusiya Federasiyasının Leninqrad vilayətində yerləşən "Ozon" internet-mağazasının logistika mərkəzi oktyabrın 18-nə keçən gecə Ukraynanın pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qalıb və obyektdə yanğın baş verib.

Bizim.Media xəbər verir ki, şirkətin mətbuat xidmətinin Kommersant nəşrinə verdiyi məlumata görə, əməkdaşlar təxliyə olunub, xəsarət alan yoxdur.

"Ozon" anbardakı malların satışını müvəqqəti dayandırıb, başqa obyektlərdən çatdırılması mümkün olmayan sifarişlərin ləğv ediləcəyini bildirib. Şirkət logistika zəncirini yenidən qurmağı və yük axınını digər mərkəzlərə yönəltməyi planlaşdırır.

Xatırladaq ki, gecə ərzində Ukrayna Silahlı Qüvvələrinə məxsus 135 PUA Leninqrad vilayətinə hücum edib.
 

Hücum zamanı Sankt-Peterburqda "VK" məlumat mərkəzi (data-center) və neft terminalı da zərbəyə məruz qalıb.


Sankt-Peterburqun bir neçə rayonunda yanğınlar qeydə alınıb. Vsevolojskda PUA qalıqlarının düşməsi nəticəsində bir qadın və üç uşaq yaralanıb. Yaninoda elektrik enerjisinin kəsilməsi səbəbindən 50 çoxmərtəbəli bina (təxminən 20 min sakin) işıqsız qalıb. "Pulkovo" hava limanında isə 50-dən çox reys təxirə salınıb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO