İraqın Şanidar mağarasında arxeoloqlar təxminən 75 min il əvvəl sinəsindən itilənmiş taxta nizə zərbəsi ilə qətlə yetirildiyi ehtimal edilən Neandertal insanının qalıqlarını aşkar ediblər.
Bizim.Media xəbər verir ki, Scientific Reports jurnalında dərc olunan araşdırma bunu qədim insanlar arasında baş vermiş qəsdən adamöldürmə hallarından biri kimi qiymətləndirir.
"Şanidar A" adı verilən və təxminən 45 yaşında ölmüş şəxsin kürək sümüyündə 15 millimetrlik yuvarlaq dəlik tapılıb.
Zərbənin gücü və xarakteri onun yaxın məsafədən bilərəkdən ürək nahiyəsinə vurulduğunu göstərir.
Tapılan dişlərin birindəki ağır zədəyə və çürüməyə baxmayaraq, Neandertalın bu travmadan sonra ən azı bir il yaşadığı müəyyən edilib. Bu, qrup üzvlərinin xəstə və yaralı soydaşlarına qulluq etdiyini və yumşaq qida ilə təmin etdiyini sübut edir.
Şanidar mağarasında müxtəlif vaxtlarda dəfn edilmiş ən azı 5 Neandertalın qalıqları tapılıb. Bu da mağaranın müəyyən hissəsinin qədim insanlar üçün xüsusi dəfn məkanı rolunu oynadığını göstərir.



Bizim.Media




























































































