TDT-nin Baş katibi: Azərbaycana sülh arzulayıram - FOTO

TDT-nin Baş katibi: Azərbaycana sülh arzulayıram - FOTO

Hazırda oxunan: TDT-nin Baş katibi: Azərbaycana sülh arzulayıram - FOTO

642850

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.

Bizim.Media xəbər verir ki, Baş katib bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə hökumətə və Azərbaycan xalqına təbriklərini çatdırıb.
 

Kubanıçbek Ömüralıyev bildirib ki, bu əlamətdar tarix Azərbaycan xalqının iradəsini, əzmkarlığını, müstəqilliyinə və suverenliyinə sadiqliyini əks etdirir.


Baş katib Azərbaycana sülh, birlik, davamlı inkişaf və rifah arzulayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO